Bağdadda terror aktı törədilib - Video

İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.

Rakurs TV-nin "Russia Today"ə istinadən məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.

Terror aktının minalanmış avtomobil vasitəsilə törədildiyi bildirilir.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.