Bağdadda İran-Səudiyyə Ərəbistanı danışıqları başlayıb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və İran diplomatlarının İraqın paytaxtı Bağdadda görüşəcəyi bildirilib.
Rusiyanın "Russia Today" (RT) telekanalının ərəb xidmətinə danışan İraq hökumətindəki mənbə Səudiyyə və İran diplomatları arasında İraqda yeni görüşün keçiriləcəyini açıqlayıb.
"Əvvəllər Bağdadda aparılan danışıqlar təhlükəsizlik və kəşfiyyat səviyyəsində aparılıb, lakin danışıqların növbəti raundu diplomatik səviyyədə olacaq" – deyə iraqlı mənbə bildirib.