Bağdadda Həşdi Şabiyə dəstək

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Bağdad xalqı Həşdi Şabi və İraq təhlükəsizlik qüvvələrinin fədakarlıqlarını qiymətləndirmək, onlara dəstək və təşəkkür etmək üçün cümə axşamı "Ənsarullahul Hüseyn (ə)" yürüşünü təşkil edib. Bu yürüş Bağdadın Fələstin küçəsindən başlayıb. Nümayişçilər əllərində bu ölkənin azad edilməsi üçün müxtəlif əməliyyatlarda şəhid olan Həşdi Şabi və İraq təhlükəsizlik qüvvələrinin şəhidlərinin fotoşəkillərini daşıyıblar. Nümayişçilər həmçinin İran İslam Respublikası İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı şəhid Hacı Qasım Süleymani və Həşdi Şabi rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisin fotoşəkillərini də qaldırıblar.

Xatırladaq ki, Ayətullah Seyid Əli Sistani 13 iyun 2014-cü ildə verdiyi tarixi fətva ilə İraqda könüllü xalq qüvvələri olan Həşdi Şabinin qurucusu kimi tanınır. İraqın ən yüksək dini qurumunun “Cihad əl-Kifai” fətvasından sonra Haşdi Şabi İŞİD-ə qarşı döyüşmək üçün milyonlarla iraqlı könüllüləri təşkil etmək üçün formalaşıb. Həşdi Şabinin ilkin nüvəsi İraq şiələri arasında olub, lakin sonradan İraqın digər etnik və dini qrupları, o cümlədən sünnilər, kürdlər, xristianlar və yezidilər də təşkilata qoşulublar. İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2016-cı il fevralın 24-də İŞİD-ə qarşı aparılan müharibənin son aylarında hökumət fərmanı ilə Haşdi Şabini İraq Silahlı Qüvvələri Komandanlığına bağlı müstəqil bir təşkilat elan edib. 2016-cı il noyabrın 26-da Həşdi Şabini dəstəkləyən siyasi hərəkatlar İraq qanunları çərçivəsində bu hərbi təşkilatların təşkilinin davamı olaraq Könüllü Xalq Qüvvələri qanununu parlamentdə səs çoxluğu ilə təsdiqlədilər. Bu qanunun təsdiqindən sonra bu təşkilat qanuni olaraq İraqın rəsmi təhlükəsizlik qurumu oldu. Büdcədə bu qurumun üzvləri üçün maaş müəyyən edilib, amma bəziləri hələ də bunun ordu və polisə daxil edilməli olduğunu vurğulayır.