Bağdad aeroportuna raket zərbələri endirilib

 “Əl Cəzirə” telekanalı İraqın təhlükəsizlik qüvvələrinə istinadən yaydığı məlumata görə bu gün Bağdadın hava limanına raket atılıb. Aeraporta atılan 6 raketdən bir neçəsi uçuş-enmə zolağına və hava limanı binasının yaxınlığına düşüb. İnsidentin detalları ilə bağlı araşdırmalar davam etdirilir. Ölən və yaralananlar barəsində xəbər verilmir.