BƏƏ Fransadan 80 qırıcı, 12 helikopter alır

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 80 çoxməqsədli “Rafale” qırıcısı və 12 çoxməqsədli “Caracal” əldə etməklə bağlı Fransa ilə müqavilə imzalayıb.   Məlumatı “France-Presse” agentliyi yayıb.   Bildirilib ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri şərəfinə imzalanıb. Sənədin imzalanması mərasimində Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaid əl-Nahyan da iştirak edib.   Məlumata görə, E.Makron dekabrın 3-4-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.