BƏƏ-dən Suriyaya ilk uçuş

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriya Nəqliyyat Nazirliyi Şarja hava limanından Latakiya beynəlxalq hava limanına ilk uçuşun həyata keçirildiyini bildirib.
Suriya mətbuatına görə; Nəqliyyat Nazirliyindən verilən açıqlamada, bir neçə ildir dayandırılan BƏƏ-dən Suriyaya birbaşa uçuş dünən həyata keçirilib.
O bildirib ki, Şarja hava limanından Latakiya beynəlxalq hava limanına ilk uçuş həyata keçirilib.
Bu reysin Dəməşq Beynəlxalq Hava Limanına enməsi gözlənilirdi, lakin sionist rejimin son hücumları və onun infrastrukturunun zədələməsi səbəbindən Latakiya hava limanında həyata keçirilib.