BƏƏ-dən istefa verən Yəmən hökumətinə ağır ironiya; Heyf hər bir dollar və bir dəqiqə üçün

İstefa verən Yəmən hökumətinin səmərəsizliyinə və müxtəlif cəbhələrdə çoxsaylı uğursuzluqlarına reaksiya verən Əbu-Dabinin Vəliəhdinin müşaviri, Hadi hökumətinə güvənin itdiyini və istefa verən hökumətə sərf olunan hər dəqiqə və hər dolların zərər olduğunu bildirib.

Operativ.tv-nin Fars Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, "Abd Rabbih Mansur Hadi"nin başçılıq etdiyi istefa verən Yəmən hökuməti və ona bağlı olan "İslah" partiyasının "Mərib"dəki ağır məğlubiyyətləri BƏƏ-nin reaksiyası ilə qarşılandı.

Əl-Xəbər Əl-Yəməniyə görə, Əbu-Dabinin Vəliəhdinin müşaviri Əbdül-Xaliq Abdullah, istefa verən hökumətə və ordusuna güvənin sıfıra endiyini söylədi: “Ərəb Birliyinin səxavətli dəstəyinə layiq deyillər. İstefa verən hökumətə sərf olunan hər dəqiqə və hər dollar zərərdir.”

Bəzi Yəmən mediası onun sözlərini Əbu-Dabinin Səud koalisiyasının Məribdəki məğlubiyyətinə ilk reaksiyası kimi qiymətləndirib.

Qeyd edək ki, Səna əyalətinin şərqindəki əhəmiyyətli Mərib əyalətinin azad edilməsi uğrunda döyüş keçən il başlamış və bölgə və şəhərlərinin çoxu Səna qüvvələrinin nəzarətinə keçmişdi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri bu yaxınlarda Rəbi ən-Nəsrin (Zəfər Baharı) iki Mərib və Şəbva əyalətində uğurlu əməliyyat keçirdiyini və bütün arzu olunan məqsədlərə çatıldığını açıqlayıb.

O, əməliyyat əsnasında yüzlərlə Səud koalisiya muzdlu əsgərinin öldürülməsinə, yaralanmasına və əsir alınmasına toxunaraq bellə əlavə edib: "Rabi ən-Nəsr əməliyyatı zamanı azad edilmiş ərazilərin ümumi sahəsi 3200 kvadrat kilometrə çatırq".