''Azəristiliktəchizat''in zərəri ötən il 117 mln manatdan çox olub

'Ötən il bu rəqəm 96 mln. 466,926 min manat idi''

“Azəristiliktəchizat” ASC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 191 mln. 137,963 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 0,3 faiz azalıb.

APA dövlət müəssisəsinin audit hesabatına istinadən xəbər verir ki, aktivlərin 163 mln. 502,519 min manatı uzunmüddətli, 27 mln. 635,444 min manatı isə qısamüddətlidir.

Bildirilir ki, 2016-cı ildə ASC-nin öhdəlikləri 20 faiz artaraq 87 mln. 806,181 min manat təşkil edib. Dövlət şirkətinin qısamüddətli kreditor borcları 86 mln. 430,086 min manat olub ki, bu da illik müqayisədə 20,98 faiz artım deməkdir. "Azəristiliktəchizat” 1 mln. 376,095 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,65 faiz çox vergi və sair məcburi ödəniş etməlidir.

““Azəristiliktəchizat”ın nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat qalıb. ASC 201 mln. 348,848 min manat məbləğində kapital ehtiyatı yaradıb. 2016-cı ilin sonuna şirkətin ödənilməmiş zərəri 117 mln. 283,066 min manata çatıb.  Ötən il bu rəqəm 96 mln. 466,926 min manat olub”,-deyə məlumatda qeyd olunub.