`Azərişıq`a 3360-dək müraciət daxil olub

`Azərişıq`a 3360-dək müraciət daxil olub

Yanvar-sentyabr aylarında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.

 

Bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli oktyabrın 4-də keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, keçən ilin 9 ayında ASC-yə 1010 sahibkar müraciət edib.

 

“Sahibkarların müraciətlərinin sayında artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır”, - deyə E.Rüstəmli bildirib.

Facebook