"Azərişıq": Güclü leysan işimizə maneə yaradır

Gədəbəy rayonunda güclü leysan yağış rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradır:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.