Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr - STATİSTİKA

Bu ilin 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18%-dək artıb, səfərə çıxan kişilərin sayı isə qadınların sayını iki dəfə üstələyib

 

2019-cu ilin ilk 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 17,9% artıb. Bu isə səfər edənlərin sayının 4201,5 min artdığını göstərir.

 

 

Faktxeber.com bildiri ki, bu barədə məlumat Dövlət Gömrük Xidməti tərəfindən verilib.

 

Məlumata görə, ölkə vətəndaşlarının 36,3%-i il ərzində İranı, 29%-i Gürcüstanı, 17,5%-i Rusiyanı, 11,8%-i Türkiyəni, 5,4%-i isə digər ölkələri ziyarət ediblər.

 

Bu müddət ərzində xaricə azərbaycanlı turistlər arasında ən çox kişilər (63,8%) səfər ediblər. Ölkə xaricinə çıxan qadınlar isə xaricə gedən ölkə vətəndaşlarının 36,2%-ni təşkil edib.

 

Hesabat dövründə İranı ziyarət edən Azərbaycan vətəndaşlarının sayı 39,1%, Gürcüstanı ziyarət edənlərin sayı 12,7%, Rusiyaya gedənlərin sayı 6,5%, Türkiyəyə gedənlərin sayı isə 4,7% təşkil edib.

 

Azərbaycandan xaricə çıxan vətəndaşlar ən çox (82,1%) dəmiryolu və avtomobil nəqliyyatına üstünlük veriblər. Hava nəqliyyatıdan 17,2%, dəniz nəqliyyatından isə cəmi 0,7% səfər edən Azərbaycan vətəndaşı istifadə edib.