Azərbaycanlı zəvvarlar Məkkədə ölkəmizin şəhidlərini anıblar

Məkkəyə ümrə ziyarətinə yollanmış zəvvarlar Təvafdan sonra azərbaycanlı şəhidlərinin adından ehsan veriblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, “XəzərTravel” şirkətinin təşkil etdiyi ümrə ziyarətində Azərbaycandan 126 zəvvar Allah evinin ziyarətində olublar.

Azərbaycanlı zəvvarlar Təvaf əməlindən sonra ehsanlar verərək, savabını şəhidlərimizə hədiyyə ediblər.

Ölkəmizin zəvvarları həmçinin 27 sentyabr şəhidlərin anım günü ilə bağlı Məscudil-Haramda və Kəbə evinin kənarında vətən qəhrəmanlarının ruhuna dualar ediblər.