Azərbaycanlı ziyalılar Türkiyə prezidentiə müraciət etdi

Türkiyə Respublikasının Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident!

Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan "Palmali" şirkətlər qrupu 2018-ci ildə “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən "Palmali" şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır.

Cənab Prezident,  Sizin  rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.

Möhtərəm cənab Prezident!

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki Mübariz Mənsimovun barəsind həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.

Dərin hörmət və ehtiramla,

Prof.Dr. Adil Geybulla, hekim

Av. Ali Mustafayev, Demokratik Değişim Platformu üyesi

Prof.Dr. Anar Ahmadov, ABD'de Minnesota Üniversitesi öğretim görevlisi, Matematik Bilimleri doktoru

Prof.Dr. Ali Asgarov, ABD'de Kuzey Karolina Üniversitesi öğretim görevlisi

Rüstem Behrudi, Kaşgarlı Mahmud adına uluslararası ödülün sahibi, Türk dünyası uluslararası şiir festivalinin altın ödülünün sahibi, şair-filozof

Prof.Dr. Cemil Hasanlı, ABD'de Woodrow Wilson Merkezi'nin araştırmacısı, Tarih doktoru

Geray Alibeyov, Medeniyetlerin Tanıtımı Merkezi Başkanı

Prof.Dr. Gubad İbadoğlu, ABD'de Rutgers Üniversitesi'nin araştırmacısı, İktisatçı

Prof.Dr. Gulu Meherremli, gazeteci 

Prof. Dr. Hacıbaba Azimov, Tarih doktoru, İstiklalçı milletvekili, Azerbaycan Bağımsızlık Bildirgesi'nin yazarı

Prof. Dr. Hüseynalı İsmayilov, Rusiya Tıp Bilimleri Akademisinin akademisyeni, Tıp Bilimleri doktoru

Doç.Dr. Hüseyn Mirzayev, Bakü Mühendislik Üniversitesi dekanı, Teknik Bilimler Doktoru

Prof.Dr. Kamil Veli, Elcibey dönemi Azerbaycan'ın Başbakan yardımcısı,TC. Liyakat ve Şeref nişanı almış bilim adamı, Cingiz Aytmatov Akademisinin akademiki

Dr. Malahat Mürşüdlü, Uluslararası Avrasya Eğitimciler Federasyonu Yönetim Kurulu üyesi, BDT ülkeleri koordinatörü

Dr. Mehman Demirli, Hukuk Bilimleri doktoru

Av. Namized Seferov 

Prof.Dr. Nesiman Yagublu, “Mehemmed Emin Resulzade” Merkezi'nin Başkanı

Prof. Dr. Saleh Memmedov, iktisatçı, eski maliye bakanı

Dr. Soltanhamid Malikov, "LAZER" Teknik Bilim Merkezi Başkanı, fizik

Prof. Dr. Tofig Şahtahtinski, Teknik Bilimler doktoru