Azərbaycanın və Qırğızıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə qırğızıstanlı həmkarı Çingiz Aydarbekov arasında telefon danışığı baş tutub.
 
Söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlığın gündəliyini müzakirə ediblər.
 
Həmçinin nazirlər koronavirus infeksiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.