Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir açıqlandı

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan təbii qaz ixracından 2 milyard 178,4 milyon dollar həcmində gəlir əldə edib.
 
Dövlət Gömrük Komitəsindən yanvarın 1-də verilən məlumata görə, bu dövr ərzində təbii qaz ixracından əldə edilən gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.
 
2020-ci ilin 11 ayı ərzində 12 milyard 278,9 milyon kubmetr qaz ixrac edilib. Bu, 2019-cu ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.
 
2019-cu ilin yanvar-noyabr ayları ərzində 2 milyard 78,7 milyon dollar dəyərində 10 milyard 464,9 həcmdə təbii qaz ixrac edilib.