Azərbaycanın Mədəniyyət naziri İranın Milli Kitabxana və Arxiv İdarəsinin rəhbəri ilə görüşüb

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov İrana səfəri çərçivəsində bu ölkənin Milli Kitabxana və Arxiv İdarəsində olub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Anar Kərimov İranın Milli Kitabxana və Arxiv İdarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşərək, qarşılıqlı mədəni, elmi və tədqiqat sahəsində əlaqələri müzakirə ediblər.

Bu görüşdə İranın Milli Kitabxana və Arxiv İdarəsində saxlanılan şair Nizami Gəncəvinin əlyazmalarının araşdırılması müzakirə edilib.

Qeyd edək ki, Anar Kərimov səfər çərçivəsində bundan öncə İranın Mədəniyyət naziri və bu ölkənin Milli irs, əl işləri sənayesi və turizm naziri İzztulla Zərğami ilə də görüşlər keçirib.