Azərbaycanın İran üzərindən Naxçıvana keçidi

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran vasitəsi ilə Naxçıvanla keçid əlaqələrinin qurulmasından danışıb. Ankarada keçirilən Türkiyə səfirlərinin 13-cü toplantısında çıxış edən Bayramov “İranla müqavilə imzaladıqdan sonra Araz çayı üzərində ilk körpünün tikintisinə başladıq. Biz Ermənistanla deyil, Naxçıvanla əlaqə yaratmaq üçün İrandan istifadə edilən xəttdir. Ermənistan istəsə də, istəməsə də İran vasitəsi ilə Naxçıvana quru yolla gediş-gəliş həyata keçiriləcək”-bildirib. Bakının Ermənistan üzərindən Naxçıvana quru əlaqələrinin Ermənistan üçün bir fürsət olduğuna diqqət çəkən Bayramov “Bu, regional inkişaf layihələri üçün bir fürsətdir. İrəvan bununla bağlı düzgün qərar qəbul etməsə, bundan ən çox o zərər çəkəcək” - deyə nazır əlavə edib.