Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Hüseyn Xəlilov Rusiyanın Novosibirsk şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Operativtv.com Report-a istinadən məlumatına görə, 12 yaşlı idmançı yekunda 122,300 toplayıb.

Gimnast bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq çempion olub.