Azərbaycanın futbol millisi İslamiadada finala çıxa bilməyib

Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, "19 iyul" stadionunda təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub.

Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb.

Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzair - Səudiyyə Ərəbistanı matçının məğlubu ilə görüşəcək.