Azərbaycanın 18 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

Azərbaycanın 18 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

Azərbaycanın 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiya İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinə qoşulub.

 

İnstitutdan verilən məlumata görə, artıq təhsil müəssisələri Akademiyanın elmi tədqiqat müəssisələri ilə yanaşı, həm kompüter şəbəkəsinin, həm də DATA-mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

 

Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində təklif olunan 1 Gbit/s internet trafikdən 700 Mbit/s sürətin AzEduNet şəbəkəsinə təqdim olunur. Ümumilikdə təklif olunan 1Gbit/s trafikin təxminən 80%-i səmərəli istifadə olunur.

 

Sentyabr ayının sonunda şəbəkənin ötürülmə qabiliyyəti 3 Gbit/s-ə, ehtiyat xətti isə 1Gbit/s çatdırılacağı nəzərdə tutulur.

Facebook