Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşdü

Bu gün günorta saatlarında Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə Operativ.tv "Unikal"a istinadən Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ilk qrupa 180 zəvvar daxildir.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.