Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Şirvanda küçədə üç günlük körpə tapılıb. Hadisə noyabrın 28-də saat 18 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18/2 ünvanının qarşısında baş verib.

 

Belə ki, rayon sakini C.Abdullayev küçədə bələnmiş vəziyyətdə qız uşağının tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verib.

 

Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təhvil verilib.

 

Həkimlərlərin ilkin olaraq bildirdiyinə görə, həmin uşaq 2-3 gün əvvəl dünyaya gəlib.

 

Hazırda uşağın səhhəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

 

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır, uşağın ora kim tərəfindən atıldığı və onun valideynləri müəyyənləşdirilir.(Report)