Azərbaycanda "Premium" benzinin ardınca "Super"da bahalaşıb

Azərbaycanda Aİ-98 markalı ("Super") benzinin qiyməti artıb.

Yanacaqdoldurma məntəqələrində bu markanın qiyməti avqustun 1-dən 5 qəpik -1,55 manatdan 1,60 manata qədər bahalaşıb.

SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Aİ-98 markalı benzinin qiymətinin artmasını xaricdə alış qiymətinin artması ilə izah edib, çünki benzinin bu növü Azərbaycana idxal edilir.

Xatırladaq ki, iyulun 31-də Aİ-95 benzinin də qiyməti 5 qəpik (1,40 manatdan 1,45 manata) artıb. Bu qərar da həmçinin istehsalçı ölkədə yanacağın bahalaşması ilə əsaslandırılıb.