Azərbaycanda "Meymun çiçəyi" virusu yayıla bilər?

Dünyanın bir çox ölkəsində “meymun çiçəyi” virusu yayılmaqdadır.

Bəs bu virus Azərbaycanda yayıla bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, nadir rast gəlinən virus olan "meymun çiçəyi"nin hələ ki, ölkəmizdə yayılma ehtimalı azdır.

"Bu xəstəlik Çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və “Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi və baş ağrısıdır. Xəstəliyin epidemiyaya çevrilmə riski çox azdır", - deyə infeksionist bildirib.

Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.