Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər

“Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsinə dəyişiklik edilir.

Dəyişiklik layihəsində təklif edilir ki, Azərbaycanda hərbi çağırış müddəti mayın 31-dək uzadılsın.

Qeyd edək ki, layihə martın 30-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.