Azərbaycanda əhalinin məişəti yaxşılaşacaqmı?

Azərbaycan Respublikasında gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub.

ABNA24 Xəbər Verir, Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib ki, gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Tarif Şurasının qaz və işığın qiymətinə düzəliş etməsi daha doğrusu onu bahalaşdırması, eyni zamanda dövlət rüsumlarının artırılması fonunda parlamentdə qəbul olunmuş qərarın insanların güzəranını müsbətə doğru dəyişəcəyi şübhə altındadır.