Azərbaycanda geniş amnistiya olacaq

Gələn il – “Heydər Əliyev ili”ndə Azərbaycanda geniş amnistiya elan olunacaq.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, bu amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir. Məlumatlı mənbənin bildirdiyinə görə, Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacağı gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisələr olacaq.