Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub

Azərbaycanda daha bir həkim - reanimotoloq Elçin Həmzəlioğlu koronavirusa yoluxub.

Hazırda həkimin vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə Təhmasib İsayev adlı sosial şəbəkə istifadəçisi məlumat verib: "COVID-19 virusu ölkəmizə ayaq açan gündən onunla ön cərgədə mübarizə aparan həkimlərdən biri də Elçin Həmzəlioğludur. Elçin həkim öz ailə uşağından ayrı düşüb, ən ağır xəstələrin Masallı və Astara xəstəxanalarında reanimasiya şöbələrində müalicə alaraq sağalmaları üçün əlindən gələni edib və yüzlərlə xəstənin şəfa tapıb aramıza qayıtmasına vasitə olub. Bu gün çox təəssüfki özünün həyatı təhlükə qarşısındadır".

"Bu gün COVID-19-la mübarizə aparan həkimlərimiz eynən sərhədlərimizi qoruyan əsgər və zabitlərimiz kimidir. Elçin həkim kimi savadlı həkim asan yetişmir. Onun necə savadlı həkim və gözəl insan olduğunu mən (mənim timsalımda Masallı əhli və tibb işçiləri) bilirəm", - deyə Təhmasib İsayev vurğulayıb.

Ümid edirik ki, TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən, koronavirus cəbhəsində mübarizənin ön sıralarında durmuş Elçin Həmzəlioğlunu xüsusi nəzarətə götürüləcək, sağalması üçün bütün imkanlar səfərbər ediləcək.