Azərbaycanda alkoqol və tütün məhsullarının qiyməti artacaq

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də ölkənin Vergi Məcəlləsinə dəyişiklikləri, o cümlədən ölkədə istehsal olunan alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələrinin artırılmasını təsdiqləyib.

Belə ki, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata (60%), şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata (4% artım), adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata (2 dəfə artım), spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata (2 dəfə artım) artırılıb. Konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata (36% azalma) endirilib.Düzəlişlərə görə, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata dəyişdirilir, energetik içkilərin hər litri üçün aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.

 

Turan.az