Azərbaycanda 197545 nəfər koronavirus testindən keçib

Hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb:

 

"32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

 

Rəsmi məlumata görə,ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılıb.