Azərbaycanda 130 siyasi məhbus var

Hüquq müdafiəçisi Fuad Əhmədli “Amerikanın səsi”-nə verdiyi müsahibədə siyasi məhbuslarla bağlı sualları cavablandırıb. O, İllərdir Azərbaycanda siyasi baxışlarına görə həbsə məruz qalanların manitorinqini aparıldıqlarını söyləyərək, sübutların təqdim etməyinə baxmayaraq Azərbaycan hakimiyyətinin bu faktları hələ də inkar etməyə davam ediyini bildirib. Onun sözlərinə görə hesablamalar hal-hazırda Azərbaycanda 130 siyasi məhbus olduğunu söyləyir. Bu şəxslər yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus adlandırılan və beynəlxaq təşkilatlar tərəfindən “Vicdaan məhbusu” tanınan şəxslərdir. Bunlar əsasən  beynəlxaq konvesiyaya əsaslanan insanların dini-etiqad azadlığına, siyasi mənsubiyyəti, idioloji, peşə fəaliyyəti, eyni halda prosesual ədalətli mühakimə hüququnun pozulmasına görə insanların həbsini nəzərdə tutan müvafiq konvesiyalara uyğunlaşdırılıb. Bu hallarla bağlı artıq illərdir ki, bir neçə beynəlxaq təşkilatlarla danışıqlar apardığını bildirən Fuad bəy, hazırda ölkədə siyasi məhbuslar daha çox dini-siyasi baxış və peşə fəaliyyətinə görə həbs olunduqlarını qeyd edib. Bu sırada 20-dən artıq şəxsin əhatə etdiyi “Gəncə hadisəsi”, “Tərtər işi”, Tovuz işi”, “Nardaran işi”, AXCP-nin 7-üzvü, bundan əlavə son günlər Avropadan Azərbaycana qanunsuz deportasiya olunan bir neçə mühacirin həbsi yer almaqdadır.

(Müsahibəni tam izləmək istəyənlər aşağıdakı videoya müraciət edə bilər.)