Azərbaycan Türkiyəylə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. Bu məqsədlə Türkiyədə fəaliyyət göstərən və 130 texnologiya şirkətinə dəstək göstərən "GOSB” texnoparkı ilə İnnovasiyalar Agentliyi arasında "Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb. 
 
Bu barədə dekabrın 2-də İnnovasiyalar Agentliyindən məlumat verilib. 
 
"Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşması planlaşdırılır.  Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son "soft” və "hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq" - məlumatda bildirilib.