Azərbaycan Tibb Universitetinin 3 tələbəsi qəzada həlak olub

Daha bir tələbənin isə vəziyyəti ağırdır

COVİD-19-la mübarizədə modul tipli klinikada könüllü çalışan Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri avtomobil qəzası keçirib. Nəticədə ATU-nun 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

Bu barədə məlumatı universitetin mətbuat xidməti yayıb. Bildirilir ki, tələbələrdən İlkin Ağamirzəyev isə ağır yaralanıb.

“COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.

Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir”, - deyə məlumatda vurğulanıb.