Azərbaycan qara metalların ixracını azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 50 882,94 min ABŞ dolları dəyərində 85 021 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Operativ.tv-nin Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatlarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29,5%, həcmi isə 17,6% azalıb.