Azərbaycan Pozitiv Sülh İndeksində neçəncidir?

Saxta informasiyanın yayılması, siyasi qütbləşmə, müxtəlif sosial qruplar arasında gərginlik Qlobal Pozitiv Sülh İndeksinə təsirini göstərib. 
 
Bu barədə Azadlıq.org məlıumat yayıb.
 
Məlumata görə 2009-cu ildən bəri qlobal səviyyədə bu indeks 2,6 faiz yaxşılaşsa da, sosial baxışları, gərginliyi ölçən indikatorlar üzrə pisləşmə onu əngəlləyib.
 
Azərbaycan 3,37 balla 163 ölkə içində 99-cu yerdə qərarlaşıb. Qonşulardan Rusiya 79, Ermənistan 68, Gürcüstan 54, İran 115-cidir.
 
İndeks yaxşı işləyən hökumət; korrupsiya səviyyəsi; sağlam biznes mühiti; resursların bərabər bölünməsi; digərlərin hüquqlarını qəbul etmək; azad informasiya axını; insan kapitalının yüksək səviyyəsi və qonşularla yaxşı münasibətlərə əsasən müəyyənləşdirilir.
 
Hesabatda deyilir ki, Rusiyayla 2008-ci ildə beşgünlük müharibəyə, tarixən regional gərginlik yaşamasına baxmayaraq, Gürcüstan Pozitiv Sülh indeksini yaxşılaşdırıb. Bu, əsasən qonşularla yaxşı münasibətlərin təkmilləşdirilməsi sayəsində mümkün olub. Gürcüstana gedənlərin sayı kəskin şəkildə artıb. 2017-ci ildə Gürcüstan Dövlət Turizm Administrasiyası ölkəyə 7,9 milyon beynəlxalq turist gəldiyini açıqlayıb. Bu ziyarətçilərin 78,5 faizi qonşu Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən gedib.