Azərbaycan Özbəkistana da peyvənd yardımı etdi

Azərbaycan hökuməti Özbəkistan Respublikasına koronavirus əleyhinə 50 min doza peyvənd göndərib.

Bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.

İyulun 15-də Qırğızıstan XİN də məlumat yayıb ki, Azərbaycan Qırğızıstana humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.