Azərbaycan ötən il qaz hasilatını 16% artırıb

"Ötən il ərzində Azərbaycanda təxminən 35,6 mlrd. kubmetr təbii qaz hasil edilib".

 

Bunu Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

 

Qeyd edək ki, ötən il Azərbaycanda 30,6 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

 

Əvvəlki ilin göstəricisi ilə müqayisədə 2019-cu ildə ölkədə qaz hasilatı 5 mlrd. kubmetr və ya 16,3% artıb.