Azərbaycan ordusu üçün yığılan pul daha 1 milyon artdı

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 1-dək daxil olan vəsait açıqlanıb.

 

Rakurs.tv Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 1-dək 104 milyon 234 min 547 manat 81 qəpik, 213.577,88 ABŞ dolları, 17 min 566 avro və 5 min rubl vəsait daxil olub.

 

Qeyd edək ki, oktyabrın 1-nə olan göstərici manatla 103 milyon 271 min 100 manat 18 qəpik idi.