Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,04 ABŞ dolları, yaxud 8,77% artıb.
 
Operativ.tv xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 25,31 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.