Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq yığmamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq. 

 

Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. 

 

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Facebook