Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu Uşangi Kokauri oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında iştirak etməyəcək.

Operativ.tv Report-a istinadən verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı ötən gün axşam məşqində zədələnib.

Yığmanın tibbi heyətinin qərarına əsasən, Kokauri heyətdən çıxarılıb və cüdoçunun müalicəsinə başlanılıb.

Heyətə 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev daxil edilib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 13-də başa çatacaq.