Azərbaycan millisi İtaliyaya 0:9 hesabı ilə uduzub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız qrupdakı ikinci oyununda İtaliya ilə qarşılaşıb.

İlk görüşündə Norveçə 0:7 hesabı ilə uduzan Vüqar Əsgərlinin yetirmələri yenə darmadağına məruz qalıb. Kaldyerodakı qarşılaşmada ev sahibləri millimizin qapısından 9 cavabsız top keçirib – 9:0.

Yığmamız yer aldığı 7-ci qrupda son oyununu oktyabrın 26-da Polşaya qarşı keçirəcək.

1

İtaliya

2

2

0

0

13-0

6

2

Norveç

1

1

0

0

7-0

3

3

Polşa

1

0

0

1

0-4

0

4

Azərbaycan

2

0

0

2

0-16

0