Azərbaycan Əfqanıstanda səfirlik açır

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
 
Milli Məclisin rəsmi saytında dekabrın 30-da verilən məlumata görə, gündəliyə "Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi əlavə olunub.
 
Qanun layihəsinə əsasən, Kabil şəhərində Azərbaycanın Səfirliyi təsis ediləcək.