Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin işə salınması sərhədyanı insidentlərin qarşısını almağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

"Biz tərəfdaşlarımızla Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr 2021-ci ildə Soçidə qəbul etdiyi bəyanatın reallaşdırılması üzrə sıx fəaliyyətimizi davam etdiririk. Bu sənəd, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını nəzərdə tutur. Əminik ki, komissiyanın formalaşması və delimitasiya prosesinin işə düşməsi sərhədyanı insidentlərin qarşısını almağa imkan verəcək və ümumilikdə, Bakı ilə Yerevanın münasibətlərinin normallaşmasına töhfə verəcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)