Azərbaycan dünyada turizmə görə neçəncidir?

Azərbaycan dünyada turizmə görə neçəncidir?

Dünya İqtisadi Forumu "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nı açıqlayıb. 
 
İki ildən bir dərc olunan bu hesabatda 140 ölkədə sözügedən sahələrin durumu dəyərləndirilir.
 
Azadlıq Radiosunun verdiyi xəbərə görə, Azərbaycan hesabatda 140 ölkə içində 71-ci yerdədir.
 
Qonşulardan Rusiya 39, Ermənistan 79, Gürcüstan 68-, İran 89-cu yeri tutub.
 
Birləşmiş Ştatlar 5-ci, Çexiya Respublikası 38-cidir.
 
Azərbaycan "Biznes mühiti” kateqoriyasında mövqeyini ən çox yaxşılaşdırmış ölkə hesab olunub. Bu kateqoriyada birinci yeri İsveçrə tutub.

Facebook