Azərbaycan biznes mühiti reytinqində

Dünya Bankı 190 ölkədə biznes mühitini qiymətləndirən “Doing Business 2020” hesabatı açıqlayıb. Novator.az-ın məlumatına görə, biznesə başlama, tikintiyə icazə, elektrik şəbəkəsinə qoşulmaq imkanları, daşınmaz əmlakın qeydiyyatı, kreditə əlçatanlıq, vergilərin ödənməsi, sərmayəçilərin hüquqlarının qorunması və başqa meyarlara əsaslanan reytinqə Yeni Zelandiya başçılıq edir. Sinqapur ikinci, Honkonq üçüncüdür.

İlk onluqda Danimarka, Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç və İsveç də yer alır.

Azərbaycan reytinq cədvəlində 34-cü pillədə göstərilir.

Litva 11-ci, Estoniya 18-ci, Latviya 19-cu, Qazaxıstan 25-ci, Rusiya 28-ci, Türkiyə 33-cü, Ermənistan 47-ci, Moldova 48-ci, Belarus 49-cu, Ukrayna 64-cü, Özbəkistan 69-cu,  Qırğızıstan 80-ci, Tacikistan 106-cı, İran 127-cidir.

Biznes mühitinə görə ən pis ölkələr Somali, Eritreya və Venesuela sayılır.