Azərbaycan Albaniyaya 500 000 avro məbləğində humanitar yardım ayırıb

Nazirlər Kabineti Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

 

Sərəncamla cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 (beş yüz min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.