""Azovstal" zavodunda 959 ukraynalı əsgər təslim olub" - Rusiya MN

Mariupolda "Azovstal" Metallurgiya Zavodu yatağından son iki gündə 959 ukraynalı əsgər təslim olub. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama yayıb.

Mühasirədə olan Azovstal Metallurgiya Zavodunda ukraynalı əsgərlərin vəziyyəti barədə məlumat verən Konaşenkov bildirib ki, fabrik ərazisində olan ukraynalı əsgərlər və "Azov" batalyonu üzvləri təslim olmağa davam edir.