“Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin olunub.

 

Operativ.tv-nin “Azneft”in yaydığı məlumata əsasən verdiyi xəbərə görə, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib.

 

Bildirilib ki, Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib: “Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib”.

 

 

Qeyd edək ki, bu il dekabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.