“AzerGold” dollarla, illik 4% gəlirliliyə malik istiqraz buraxır

“AzerGold” QSC “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Rakurs.tv səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazdan (20 milyon dollarlıq) istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

"AzerGold” dağ-mədən sektorunun stabil inkişafı, dünya bazarlarında qızıl və gümüşün kəskin bahalaşması fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görür.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində mövcud makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı yerli şirkətləri yeni maliyyə alətlərinin buraxılışına təşviq edir. Yüksək səmərə ilə fəaliyyət göstərən yerli qiymətli kağızlar bazarının mövcudluğu yeni istiqrazların tədavülə buraxılmasına əlverişli şərait yaradır.

Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsininin və qeyri-neft sənayesinin lidelərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq", - deyə şirkət bəyan edib.